Ağ Ev: İsrailin Dohaya hücumundan əvvəl xəbərdar idik
ABŞ administrasiyası İsrailin Dohaya endirdiyi hücum barədə əvvəlcədən məlumatlı olduqlarını açıqlayıb. Ağ Evin nümayəndəsi bu barədə təsdiq verib. İsrail Baş naziri Benyamin Netanyahunun ofisi isə əməliyyatın yalnız İsrailin təşəbbüsü ilə həyata keçirildiyini və məsuliyyətin tamamilə özlərinə aid olduğunu bəyan edib.
Mövzu ilə bağlı politoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail Amerikanın Orta Şərqdəki yumruğudur:
“Bütün əməliyyatlar, planlar iki tərəfin təşəbbüsü ilə baş verir. İsrail “Böyük İsrail” dövləti üçün hər yol mübahdır deyib hərəkət edir. Hələ bunlar 0başlanğıcdır. Orta Şərq vulkan kimi püskürəcək. Hücumun səbəbi Qətərdə olan Həmas yetkililəri olub. Həmas bir anlaşma istədiyini bildiririb. Amma görürən odur ki, BİBİ genişlənmə strategiyasını davam etdirəcək. Qətərin cavab həmləsin olacağı düşünülmür".
Politoloqun sözlərinə görə, Qətərin cavab həmləsi olmayacaq:
“Ərəb liqasında bir az nüfuzlu Misirdir ki, onu da Amerika boyunduruğa vurub. İsrailə zərbə o halda ola bilər ki ərəblər birləşib vahid şəkildə və strateji planlama əsasında mübarizə apara. Aparsalar belə İsrailin arxasında Amerika dayanır. Orta Şərqin hava məkanı onun əlindədir. Hər yerdə hərbi bazası var”.
Mələk Hüseynova