00:00:00
Yazar
Admin User
07.08.2025 16:40 127 1 dəq oxuma
Dünya

Ağ Ev Trampın Putinlə görüşməsi üçün şərtini açıqlayıb

Ağ Ev Trampın Putinlə görüşməsi üçün şərtini açıqlayıb

Ağ Evin ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi üçün şərti var.

 

"İnformator.az" "The New York Post" qəzetinə istinadla xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi deyib.

 

Nümayəndə bildirib ki, Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi təqdirdə, Tramp onunla danışıqlar aparacaq.


"Bu görüşün baş tutması üçün Putin Zelenski ilə görüşməlidir. Görüşün yeri hələ müəyyən edilməyib", - deyə o vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər