00:00:00
Yazar
Admin User
05.02.2024 08:57 377 1 dəq oxuma
Dünya

Ağ Evə yeni “Deep Fake” təhlükəsi

Ağ Evə yeni “Deep Fake” təhlükəsi

Ağ Evin 3 ay əvvəl süni intellektlə bağlı ilk qərarından bəri texnologiya dünyasında çox şey dəyişib.  Ben Buchanan ,  Joe Biden’in  süni intellektə görə məsuliyyət daşıdığını bildirib və bu vəziyyətin bir çox potensial hüquqi risklər daşıdığını da əlavə edib.

 

Buchanan qeyd edib ki, süni intellekt texnologiyaları xüsusilə müəllif hüquqları ilə bağlı bir çox hüquqların pozulmasına səbəb olur.  O,  həmçinin bu pozuntuların qarşısını almaq üçün 2024-cü ildən etibarən yeni tədbirlər görməyə başlayacaqlarını açıqlayıb. Keçən il vəzifəyə gələn Buchanan, texnologiya şirkətlərinin süni intellekt fəaliyyətləri ilə bağlı daha şəffaf olması lazım olduğunu vurğulayıb və dövlət qurumlarının da məsuliyyətini üzərinə götürməli olduğu fikrini müdafiə edib.

 

 Xüsusilə,  “Deep Fake” adlı texnologiyanın geniş yayılması Ağ Evin ciddi narahatlığına və narazılığına səbəb olub .  Biden’in ona səs verməməyi xahiş edən süni intellekt videolarının ortaya çıxması Ağ Evin səbrini sınayacaq son həmlə olub.

 

Bununla belə,  Buchanan  edəcəkləri tənzimləmələrin bu texnologiyalardakı yeni inkişaflara cavab verməkdə çətinlik çəkə biləcəyini etiraf etsə də, xüsusilə böyük şirkətlərin sui-istifadə ehtimalına qarşı öz tədbirləri görməli olduğunu əlavə edib.

 

Əli Məmmədli

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər