Ağ Evdə Ukraynaya dair tələblər müzakirə olunub
Bu gün Ağ Evdə Ukrayna müharibəsi ilə bağlı kollektiv görüş keçiriləcək. Əvvəlcə ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında nəzərdə tutulan görüş indi sammitə çevrilib.
Tramp Ukraynadan NATO-dan imtina etməyi və Krımı Rusiyaya güzəştə getməyi tələb edib. ABŞ-nin Avropaya təhlükəsizlik zəmanəti verəcəyi açıqlansa da, detalları dəqiq deyil.
Zelenski Donetsk və Luqanskdan imtina tələbinə qarşı çıxıb və yalnız güclü təhlükəsizlik zəmanətləri olduğu halda razılaşa biləcəyini bildirib.
Avropa liderləri ABŞ-dən Ukraynanın təhlükəsizliyinə dair aydın zəmanət tələb edir və ölkənin torpaq güzəştinə məcbur edilməməsini istəyir.
Rusiya Donbas üzərində tam nəzarət və Ukraynanın NATO-ya qoşulmamasını istəyir; “qələbə” Trampın danışıqları tərk etməsi ola bilər.
BBC
Nərgiz Əzizli