00:00:00
Yazar
Admin User
09.07.2025 10:56 114 1 dəq oxuma
Dünya

Ağdam-Füzuli avtomobil yolunda qəzada xəsarət alan 3 nəfərin vəziyyəti açıqlanıb

Ağdam-Füzuli avtomobil yolunda qəzada xəsarət alan 3 nəfərin vəziyyəti açıqlanıb

Ağdam- Füzuli avtomobil yolunda baş verən qəza zamanı xəsarət alanlardan Bərdəyə göndərilənlərin vəziyyəti açıqlanıb.


"İnformator.az" "Teleqraf"ın yerli bürosuna istinadən xəbər xəbər verir ki, Bərdə Diaqnostika Mərkəzinin həkim-cərrahı Hafiz Əliyev məlumat verərək bildirib ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar 09.07.2025 tarixdə saat 09:20 radələrində 3 nəfər, biri kişi cinsli, ikisi qadın olmaqla xəsarət alan şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasının Təcili Yardım şöbəsinə da
xil olub.

 

Onun sözlərinə görə, bədən xəsarətləri almış xəstələrə zəruri yardım göstərilib, müvafiq şöbələrdə müalicələri davam etdirilir.


Qeyd edək ki, xəsarət almış şəxslərin vəziyyəti orta- ağır qiymətləndirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər