00:00:00
Yazar
Admin User
04.05.2025 20:13 284 1 dəq oxuma
Sosial

Ağdam sakininə it hücum edib

Ağdam sakininə it hücum edib

Ağdamda 49 yaşlı qadına it hücum edib.

 

“İnformator.az”ın məlumatına görə, rayonun Ergi qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əliyeva Vəfa Hidayət qızı ilkin olaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

 

Ona sol qolun bazu, said hissəsi və döş qəfəsində xəsarət diaqnozu qoyulub.


Vəziyyəti ağır qiymətləndirildiyi üçün ilkin tibbi yardım göstərildikdən sonra qadın Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər