Ağız bakteriyaları infarkt riskini artıra bilər
Finlandiyada aparılan yeni araşdırma ağızda olan bəzi bakteriyaların birbaşa infarkt riskini yüksəldə biləcəyini üzə çıxarıb. Tampere Universitetinin rəhbərliyi ilə aparılan tədqiqatda ürək-damar xəstəliklərindən əziyyət çəkən 200-dən çox xəstənin damar lövhəsi nümunələri incələnib.
Nəticələr göstərib ki, bu lövhələrin əhəmiyyətli hissəsində ağız bakteriyalarının izlərinə rast gəlinib.
Tədqiqata rəhbərlik edən professor Pekka Karhunen bildirib:
“Koronar arteriya xəstəliyində bakteriyaların rolu uzun müddətdir şübhə doğururdu. Lakin indiyə qədər birbaşa və inandırıcı dəlillər mövcud deyildi. Araşdırmamız sübut etdi ki, bir çox ağız boşluğu bakteriyalarının DNT-si damar lövhələrində mövcuddur”.
Mütəxəssislərin sözlərinə görə, bu nəticələr ağız sağlamlığının qorunmasının ürək xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynaya biləcəyini göstərir.
TRT XƏBƏR
Ləman Mahmudlu