00:00:00
Yazar
Admin User
08.07.2025 17:20 123 1 dəq oxuma
Dünya

Aİ Avstriyaya qarşı büdcə intizamı prosesinə başlayıb

Aİ Avstriyaya qarşı büdcə intizamı prosesinə başlayıb

Avropa İttifaqı (Aİ) Avstriyanın yüksək büdcə kəsirinə görə ona qarşı intizam prosesi başlatdı.

 

AB Şurası, Sabitlik və İnkişaf Paktı çərçivəsində həddindən artıq büdcə kəsiri səbəbiylə Avstriyaya qarşı intizam prosedurunun başlandığını açıqladı.

 

Açıqlamada xatırladılıb ki, həddindən artıq kəsir proseduru Aİ-yə üzv dövlətlərin büdcələrində nizam-intizamı təmin etmək üçün hazırlanmış mexanizmdir.

 

Açıqlamada Avstriyanın 2024-cü ildə yüzdə 4,7 büdcə kəsiri olduğu və bu yüksək kəsir səbəbilə intizam qərarının verildiyi xatırladılıb.

 

Açıqlamada Avstriyaya həddindən artıq büdcə kəsirini 2028-ci ilə qədər bitirmək üçün izləyəcəyi marşrutla bağlı tövsiyələr göndərildiyi və ölkənin oktyabrın 15-dək büdcə kəsirini effektiv şəkildə azaltmaq üçün görəcəyi tədbirləri təqdim etməli olduğu bildirilib.

 

Avstriyada ötən il 4,7 faiz büdcə kəsiri yaranıb. Aİ Komissiyası Avstriyanın büdcə kəsirinin bu il ÜDM-in 4,4 faizini, gələn il isə 4,2 faizini təşkil edəcəyini proqnozlaşdırır.

 

Aİ-nin fiskal qaydaları üzv dövlətlərin dövlət kəsirlərini və borclarını məhdudlaşdırır. Normal şəraitdə üzv dövlətlərin büdcə kəsiri ÜDM-in 3 faizindən, dövlət borcları isə ÜDM-in 60 faizindən çox olmamalıdır.

 

Bu həddlər aşıldığında, həyata keçiriləcək tədbirlər Aİ Komissiyasına bildirilməli və effektiv mübarizə aparılmalıdır.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər