Aİ “Big Tech”dən şəbəkə haqqı almağa qarşıdır
Avropanın əsas telekommunikasiya şirkətləri – Deutsche Telekom, Orange, Telefonica və Telecom Italia – Google, Meta, Netflix, Microsoft və Amazon kimi texnologiya nəhənglərinin rəqəmsal infrastrukturun xərcinə töhfə verməli olduğunu bildirərək “ədalətli pay” prinsipini müdafiə edirlər. Lakin texnologiya şirkətləri bu təşəbbüsü "internet vergisi" adlandıraraq, xidmət keyfiyyətini artırmaq üçün etdikləri sərmayələri vurğulayırlar.
Müzakirələr, 28 iyulda ABŞ Ağ Evindən yayımlanan və son AB-ABŞ ticarət razılaşmasına istinad edən sənəddən sonra daha da qızışıb. Sənəddə Avropa İttifaqının şəbəkə istifadə haqları tətbiq etməyəcəyini təsdiqlədiyi qeyd olunub.
Avropa Komissiyasının sözçüsü Tomas Reqnye məsələ ilə bağlı bildirib: “Fevralda yayımlanan Ağ Kitabın nəticələrinə əsasən belə haqların tətbiqi effektiv həll sayılmır".
O, bu mövqenin yalnız ABŞ şirkətlərinə yönəlik olmadığını da vurğulayıb.
Komissiya noyabrda təqdim ediləcək "Rəqəmsal Şəbəkələr Aktı" ilə infrastrukturu gücləndirmək üçün daha geniş strategiya irəli sürəcək.
ANEWZ
Gülhüseynova Güllər