00:00:00
Yazar
Admin User
06.11.2025 18:05 130 2 dəq oxuma
Siyasət

Aİ Ermənistana fəaliyyət planını təqdim edib

Aİ Ermənistana fəaliyyət planını təqdim edib

 

Nazirliyin məlumatına görə, A.Sarkisyan bildirib ki, Ermənistan fəaliyyət planını vətəndaşların mobilliyi və ictimai təhlükəsizlik sahəsində islahatlara yönəlmiş strateji sənəd kimi qiymətləndirir. O, viza rejiminin liberallaşdırılmasının Ermənistan-Aİ tərəfdaşlığında vacib mərhələ olduğunu qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Arzuxan Əlizadə "İnformator.az"a açıqlamasında bildirib ki, Ermənistan hələ də Rusiyanın təsir dairəsindədir:

 

"Avropa İttifaqının Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planını təqdim etməsi, əslində, daha çox Ermənistanı öz təsir dairəsinə daxil etmək məqsədi güdür. Məlumdur ki, Ermənistan uzun illər Rusiyanın forpostu kimi mövcudluğunu saxlayıb və hazırda da Rusiyanın bu ölkəyə təsir imkanları kifayət qədər genişdir. Ermənistan iqtisadiyyatı böyük həcmdə Rusiyadan asılıdır, eyni zamanda ölkə ərazisində Rusiyanın hərbi bazaları fəaliyyət göstərir. Ermənistan - Türkiyə və Ermənistan - İran sərhədlərində də rus hərbçiləri yerləşdirilib. Bu faktlar Ermənistanın geniş anlamda hələ də Rusiyanın təsir dairəsində olduğunu göstərir. Hazırkı Paşinyan administrasiyası isə bu təsir dairəsindən çıxmaq istiqamətində ardıcıl addımlar atır. Əslində Paşinyanın 2018-ci ildə hakimiyyətə gətirilməsi də Qərbin bu strategiyası ilə bağlı idi.Əsas məqsəd Ermənistanı Rusiya orbitindən çıxarıb Qərbə inteqrasiya etmək idi və bu istiqamətdə real proseslər artıq baş verir. Aİ ilə viza rejiminin liberallaşdırılması da həmin planın tərkib hissələrindən biri kimi qiymətləndirilə bilər".



Ekspertin sözlərinə görə, Paşinyan administrasiyasının Ermənistanı Avropaya daha da yaxınlaşdırmaq siyasətinin tərkib hissəsidir:

 

"Bu addım Ermənistan vətəndaşlarına Aİ ölkələrinə daha rahat gediş-gəliş, orada işləmək və müəyyən iqtisadi imkanlardan yararlanmaq şəraiti yaradacaq. Bununla yanaşı, bu proses Ermənistan üçün siyasi dəstək kimi də dəyərləndirilə bilər. Lakin əsas hədəf Ermənistanı Qərbin təsir dairəsinə daxil etməkdir. Mən bir çox hallarda qeyd etmişəm ki, “erməni sevgisi” deyilən bir anlayış mövcud deyil burada maraqlar əsas rol oynayır və həmin maraqları təmin etmək üçün Ermənistan sadəcə vasitə kimi istifadə edilir. Azərbaycan isə bölgədə tam müstəqil siyasət yürüdən dövlətdir və hər hansı təsir dairəsi altında deyil. Azərbaycana xarici qüvvələrin ciddi təsir imkanları olmadığı üçün Cənubi Qafqazda mövqelərini gücləndirmək istəyən dairələr bunu daha çox Ermənistan üzərindən etməyə çalışırlar. Vaxtilə Gürcüstana da vizasız və ya sadələşdirilmiş rejim imkanları verilib. İndi növbəti ölkə kimi Ermənistanın da həmin imtiyazlara sahib ola biləcəyi görünür. Avropa İttifaqının təqdim etdiyi fəaliyyət planı çərçivəsində bu istiqamətdə ardıcıl proseslərin davam etdirilməsi gözlənilir. Bu proses həm Aİ-nin, həm də Paşinyan administrasiyasının Ermənistanı Avropaya daha da yaxınlaşdırmaq və Rusiyanın təsirindən uzaqlaşdırmaq siyasətinin tərkib hissəsidir".

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər