Aİ liderləri NATO sammiti çərçivəsində Ərdoğanla Türkiyə ilə münasibətləri müzakirə edəcəklər
Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iyulun 8-i Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək, Aİ və Türkiyə arasında ikitərəfli münasibətləri, eləcə də regional gündəliyi müzakirə edəcəklər.
"İnformator.az" xəbər verir ki, Aİ Şurasının məlumatına görə, Ərdoğanla görüş Aİ və Türkiyə arasında ümumi maraqlar və praqmatik addımlar əsasında dialoq və əməkdaşlığın gücləndirilməsinə həsr olunacaq.
Tərəflər Avropa Komissiyasının və Aİ-nin ali nümayəndəsinin 2023-cü ilin noyabrında qəbul edilmiş, Brüssel və Ankara arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin gələcək inkişafını müəyyən edən birgə sənədinin icrasını müzakirə edəcəklər.
"Mövcud geosiyasi vəziyyət ümumi maraqlara və praqmatik addımlara əsaslanan dialoq və əməkdaşlığın gücləndirilməsini tələb edir", - məlumatda bildirilib.
Həmçinin gündəlikdə Kipr məsələsinin həlli üzrə BMT-nin himayəsi altında diplomatik səylər də daxil olmaqla, regional vəziyyət yer alır.