Trampın Rusiyadan dizel idxal etmək planı ABŞ-də və dünyada kəskin etirazla qarşılanıb
ABŞ Prezidenti Donald Trampın İran müharibəsi fonunda yüksələn yanacaq qiymətlərini endirmək üçün Rusiyadan dizel yanacağı idxal etmək qərarı həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük narazılığa səbəb olub.
Tramp, Vladimir Putinin dərhal 300 min ton, növbəti aylarda isə milyonlarla ton dizel tədarük etməyə razılıq verdiyini açıqlayıb. ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi bu sövdələşmə üçün Rusiyanın dizel ixracına qoyulan sanksiyaları müvəqqəti dondurub.Həm Respublikaçılar, həm də Demokratlardan olan bir qrup senator qərarın ABŞ qanunlarını pozduğunu bildirib və Trampı bu addımdan çəkinməyə çağırıb: "ABŞ mülki insanları öldürməyə davam edən Putinə maliyyə xilasetmə kəndiri verməməlidir”.
Ukrayna Prezidenti Volodimir Zelenski bu sövdələşməni "müharibəyə sərmayə" adlandırıb. Kanada və Böyük Britaniya rəhbərliyi də addımı tənqid edərək diqqətin Rusiyaya təzyiq göstərməyə yönəldilməli olduğunu vurğulayıblar. Tramp əsas prioritetinin amerikali fermerlər və yük maşını sürücüləri üçün yanacaq qiymətlərini endirmək olduğunu bildirib. Digər tərəfdən, Tramp Rusiya və Ukrayna arasında "enerji atəşkəsi" əldə olunduğunu elan etsə də, Moskva hələlik rəsmi təsdiq verməyib.
Səkinə Musayeva
BBC