Aİ müşahidə missiyası Ermənistanda qalacaq
Avropa İttifaqının (Aİ) müşahidə missiyası Ermənistanda fəaliyyətini davam etdirəcək.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.
Onun sözlərinə görə, missiyanın mandatında dəyişiklik olarsa, bu məsələ Ermənistan və Belçika arasında müzakirə olunacaq.
"Aİ missiyanın əsas məqsədi Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində vəziyyəti izləmək və məlumat verməkdir. Aİ Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayır və tərəfləri bu sənədi tez bir zamanda imzalayıb ratifikasiya etməyə çağırır",- Anita Hipper qeyd edib.