Aİ missiyasının binası zədələnib
Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Ukraynada Avropa İttifaqı (Aİ) missiyasının binası zədələnib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
O qeyd edib ki, bu hücum Vyana Konvensiyasının birbaşa pozulmasıdır.