Aİ ölkələri ABŞ-nin tariflərinə cavab tədbirlərini müzakirə edir
Avropa İttifaqına (Aİ) üzv ölkələrin ticarət nazirləri, ABŞ-nin tətbiq etmək qərarına gəldiyi tariflərə qarşı cavab tədbirlərini müəyyənləşdirmək məqsədilə Lüksemburqda bir araya gəlib.
Aİ Komissiyasının Ticarətdən Məsul üzvü Maros Sefcovic Aİ-yə üzv 27 ölkənin ticarət nazirlərinin Lüksemburqda keçirdiyi toplantı öncəsində açıqlamalar verib.
Toplantıya çox yüksək səviyyədə iştirak olduğunu vurğulayan Sefcovic:
“Avropanı qlobal ticarət sistemində paradigma dəyişikliyi kimi xarakterizə edə biləcəyimiz bu vəziyyət qarşısında necə mövqeləndirəcəyimizi müzakirə edəcəyik” , - deyə bildirib.
Sefcovic nazirlərə ABŞ ilə davam edən əlaqələr barədə məlumat verəcəyini də qeyd edib.
“Toplantımızda, ABŞ ilə münasibətlərimizdə növbəti addımımızı necə hazırlayacağımıza fokuslanacağıq” , - deyə o bildirib. Aİ-nin ticarət sistemini mümkün ticarət sapmalarına qarşı necə hazırlamalı olduqlarını da müzakirə edəcəklərini vurğulayıb.
Mənbə: TRT HABER
Nuray Əliyeva