Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi sentyabrın 15-də təqdim ediləcək.
"İnformator.az" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
"Sentyabrın 15-də Avropa İttifaqı yeni sanksiyalar paketi təqdim edəcək. Bu paket ABŞ Prezidenti Donald Trampın Ağ Evə gəlişindən sonra ilk dəfə onunla birbaşa koordinasiyada hazırlanıb", - nazir qeyd edib.