Aİ Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik mexanizmi təklif edir
Avropa İttifaqının liderləri ABŞ-nin iştirakı ilə keçirilən üçtərəfli danışıqlardan sonra Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik mexanizminin yaradılmasının vacibliyini bəyan ediblər.
Avropa Şurasının sədri Antoniu Koştanın rəhbərliyi ilə keçirilən videokonfransdan sonra yayılan yazılı açıqlamada bildirilir ki, üç ildən artıq davam edən münaqişədən sonra diplomatik səylər sürətlənib və Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi prosesi yeni mərhələyə qədəm qoyub.
ABŞ prezidenti Donald Trampın prosesdə iştirakı Aİ liderləri tərəfindən “önəmli və ümidverici addım” kimi dəyərləndirilib. Açıqlamada qeyd olunur: “İndi ABŞ-nin da iştirak etdiyi, NATO-nun 5-ci maddəsinə bənzər etibarlı təhlükəsizlik mexanizmi yaratmağın vaxtıdır”.
Həmçinin bu prosesdə “İstəkli dövlətlər koalisiyasının” fəal iştirakının əhəmiyyəti vurğulanıb.
Anadolu Agency
Ayan Əsgərova