00:00:00
Yazar
Admin User
26.09.2025 16:43 103 1 dəq oxuma
Siyasət

Aİ Ukraynaya maliyyə dəstəyi üçün yeni təklif irəli sürüb

Aİ Ukraynaya maliyyə dəstəyi üçün yeni təklif irəli sürüb

Avropa Komissiyası Rusiya aktivlərindən əldə olunan vəsaitlər hesabına Ukraynaya maliyyə dəstəyi göstərilməsi üçün kredit ayrılmasını təklif edib.

 

Məsələ ilə bağlı politoloq Araz Xan "İnformator.az"a açıqlamasında bildirib ki, Tramp ölkəsini Rusiya-Ukrayna müharibəsindən kənarda tutmaq istəyir. 

 

"O, Avropa İttifaqını bu məsələdə daha fəal olmağa çağırır. Həm Ukraynanın silahlandırılması, həm də maliyyə resursları ilə təmin olunması öhtəliyini İttifaq ölkələrinin üzərinə qoyur. Avropa Komissiyası dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya “reparasiya krediti” formasında 140 milyard avro məbləğində vəsaitin ayrılmağı planlaşdırması bununla bağlıdır. Gələn həftə Kopenhagenə toplaşacaq Avropa liderləri Rusiya aktivlərinin istifadəsini müzakirə edəcəklər. Təbii ki, liderlər qərar verərkən riskləri də qiymətləndirəcəklər. Çünki Rusiya ona aid vəsaitlərin Ukraynaya verilməsini müharibə səbəbi də saya bilər. Əgər bu baş versə proseslərin sonrakı inkişafını proqnozlaşdırmaq çətindir".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər