Aİ və Hindistan arasında ticarət danışıqları dalana dirənib
Avropa İttifaqı (Aİ) və Hindistan arasında azad ticarət sazişi danışıqlarında əsas problem “yaşıl standartlar”la bağlıdır. Aİ sazişdə ətraf mühit öhdəliklərinin məcburi icrasını və mübahisələrin həlli mexanizmini tələb edir, lakin Hindistan bunu çətin qəbul edir.
Aİ bu bəndi “boş formalıq” olmadan sazişə salmaqda israr edir. Hindistan isə bunun hüquqi cəhətdən məcburi olması, cəmiyyətin iştirakı və regional səviyyədə tətbiqi kimi məsələlərə qarşı çıxır.
Məsələ əvvəlcə Mercosur ölkələri ilə danışıqlarda da mübahisə doğurmuşdu, lakin orada kompromis əldə olunmuşdu. Aİ-Nyu Zelandiyanın razılaşması isə yaşıl standartların uğurla inteqrasiyasına nümunə sayılır. Bundan əlavə, Aİ-nin Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) Hindistan tərəfindən qoruyucu tədbir kimi qəbul edilir və narahatlıq yaradır.
Tərəflər ilin sonunadək sazişi yekunlaşdırmağa çalışsalar da, yaşıl öhdəliklər hələ də əsas maneə olaraq qalır.
Euronews
Billurə Quliyeva