00:00:00
Yazar
Səmayə Səftərova
29.10.2026 20:47 28 1 dəq oxuma
Dünya

"Air France" Ər-Riyada reysləri dekabrın 12-dək dayandırıb

"Air France" Ər-Riyada reysləri dekabrın 12-dək dayandırıb

Fransanın "Air France" aviaşirkəti Yaxın Şərqdə davam edən münaqişə fonunda Ər-Riyada (Səudiyyə Ərəbistanı) öz reyslərinin dayandırılması qərarını dekabrın 12-dək uzadıb.

“İnformator.az” xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.

"Təhlükəsizlik sahəsində dəyişən vəziyyətlə əlaqədar olaraq Ər-Riyada və geriyə reyslər 2026-cı il dekabrın 12-si də daxil olmaqla dayandırılır", - məlumatda qeyd olunub.

Bundan əlavə, Dubaya və geriyə reyslər noyabrın 7-dək dayandırılmış olaraq qalır.

#Yaxın Şərq #Ər-Riyad #Fransanın "Air France" aviaşirkəti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər