00:00:00
Yazar
Admin User
18.03.2024 19:12 344 1 dəq oxuma
Dünya

Airbnb mənzillərdə təhlükəsizlik kameralarını qadağan etdi

Airbnb mənzillərdə təhlükəsizlik kameralarını qadağan etdi

Airbnb bütün dünyada mənzillərin içərisində təhlükəsizlik kameralarını qadağan edəcəklərini açıqladı.

 

Qadağa gələn ayın sonunda başlayacaq. Şirkət bunu təhlükəsizlik qaydalarını sadələşdirmək və qonaqların məxfiliyi üçün etdiklərini açıqladı. Airbnb istifadəçiləri əvvəllər də kameralarla bağlı narahatlıqlarını dilə gətiriblər. Şirkətin icma siyasəti üzrə meneceri Juniper Downs bildirib ki, çox az evin içərisində təhlükəsizlik kameraları var, ona görə də az sayda evlər təsirlənəcək. Airbnb-nin hazırkı qaydalarına əsasən, yaşayış otaqları və otaqlar kimi ərazilərdə təhlükəsizlik kameraları yerləşdirməyə icazə verilir. Təhlükəsizlik kameralarının yeri də elanda aydın göstərilməlidir. Şirkət həmçinin evdən kənarda yerləşən və evin içərisinə baxan kameralara icazə vermir. Yeni qaydalar mənzil üçün qapı zəngi kameralarına və səs-küy aşkar edən qurğulara icazə verməyə davam edəcək. Bu cihazlar ev sahiblərinə evdə şənlik olub-olmadığını bilməyə imkan verir. Qayda dəyişikliyi ABŞ-da Saturday Night Live şousunun tualetdə gizlədilmiş kamera ilə Airbnb evinin nümayiş etdirdiyi parodiyanı yayımlamasından bir həftə sonra baş verir. Sözügedən video YouTube-da 1,2 milyon dəfə izlənilib.

 

Aytac Kərimova 

Mənbə: BBCNews

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər