AK Partiya sözçüsü Ömər Çelik: İsrail Qətərdə terror aktı törədib
AK Partiya sözçüsü Ömər Çelik partiyanın Mərkəzi Qərar və İdarə Heyətinin toplantısından sonra açıqlama verib. O bildirib ki, İsrail Qəzzada davam edən hücumlarını regiona yayaraq Qətərdə də terror aktı törədib.
Çelik qeyd edib ki, HƏMAS sülh şərtlərini müzakirə etməyə razılıq verdiyi vaxtda İsrail danışıqlar aparan heyəti hədəf alıb: “Bu, yalnız HƏMAS-a deyil, sülh istəyən bütün ölkələrə qarşı hücumdur. İsrailin bu təcavüzü beynəlxalq ictimaiyyətin çağırışına açıq ziddiyyətdir”.
Partiya sözçüsü həmçinin Türkiyənin terrora qarşı mübarizəsini davam etdirdiyini, hər cür təxribat cəhdinin izlənildiyini vurğulayıb. O, CHP daxilindəki korrupsiya iddialarına da toxunaraq, bu məsələlərin partiyanın daxilində ortaya çıxdığını və məsuliyyətin gizlədilməməli olduğunu bildirib.
CNN Türk
Türkan Kərimli