Alaattin Köseler ilk dəfə hakim qarşısına çıxıb
Beykoz Bələdiyyəsinə qarşı “tender saxtakarlığı” ittihamı ilə açılan işdə aralarında vəzifəsi dayandırılmış bələdiyyə sədri Alaattin Köseler və bələdiyyə sədrinin müavini Fidan Gül də daxil olmaqla 26 nəfər bu gün ilk dəfə hakim qarşısına çıxır. İş üzrə 26 müttəhimdən 13-ü həbsdə mühakimə olunur.
Ona qarşı irəli sürülən ittihamları rədd edən Köseler fevralın 27-də evində polis tərəfindən saxlanılıb, martın 3-də həbs edilib və daha sonra vəzifəsindən uzaqlaşdırılıb. Köseler həbsindən təxminən altı ay sonra ilk dəfə hakim qarşısına çıxıb.
BBC
Zəhra Möhübbətova