00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
25.08.2026 21:47 14 2 dəq oxuma
Sosial

ALİ MƏKTƏBLƏRƏ QƏBUL BAŞA ÇATDI-BOŞ QALAN 1782 YER ÜÇÜN QEYDİYYAT BAŞLAYACAQ

ALİ MƏKTƏBLƏRƏ QƏBUL BAŞA ÇATDI-BOŞ QALAN 1782 YER ÜÇÜN QEYDİYYAT BAŞLAYACAQ

İllərlə qurulan arzular, aylarla davam edən hazırlıq və imtahanın həyəcanı…Bunların hamısı artıq geridə qalıb. Nəticə isə 640 bal oldu. Bu yüksək nəticə ilə Vasif Məmmədov tələbə adını qazandı.


VASİF MƏMMƏDOV-TƏLƏBƏ
"
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşam.Lakin bundan sonrakı qeydiyyat prosesinin necə olacağını hələ dəqiqi bilmirəm".


ƏSMƏR MƏMMƏDZADƏ-TƏLƏBƏ
"
435 bal toplamışam Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul oldum.Amma qeydiyyat məsələsi ilə bağlı hələ heç nə bilmirəm".


KƏNAN HÜSEYNZADƏ-TƏLƏBƏ
"
Mən ADA universitetinin hüquq faküktəsinə qəbul olmuşam 631 balla.Əsas məsələ qeydiyyatdan keçməkdir,amma mən hardan və necə qeydiyyatdan keçəcəyimi hələ bilmirəm".


QRAFİKA: BU İL 87 146 NƏFƏR MÜSABİQƏDƏ İŞTİRAK EDİB.58 947 NƏFƏR ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLUB.ONLARDAN 28 108 NƏFƏR ÖDƏNİŞSİZ,30 522 NƏFƏR İSƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUB.


K.A:
Qəbul olanlar üçün qeydiyyat avqustun 28-dən sentyabrın 8-dək mygov platforması üzərindən aparılacaq.Boş qalan plan yerlərinə gəldikdə isə…


XANLAR  XANLARZADƏ:DİM-İN MƏTBUAT KATİBİ
 "
Ümumilikdə 5 ixtisas qrupu üzrə 1782 yerdir.1 -ci ixtisas qrupununda 3 faizdən  bir qədər artıq  boş yer 2-ci ixtisas qrupu üzrə 2 faizdən artıq 3-cü ixtisas qrupunda demək olar ki, boş yer yoxdur 25 yer boş qalıb4-cü ixtisaa qrupunda bir qədər 8 faizdən artıq 5-ci ixtisas qrupunda da 6 faizdən artıq yer boş qalıb".


K.A:Boş qalan plan yerlərinə qeydiyyat isə avqustun 28-dən sentyabrın 2-nə dək davam edəcək.


SƏKİNƏBƏYİM CƏFƏROVA,NAİL ŞAHBAZOV AZTV XƏBƏR 

 

 

#baki #azərbaycan #ali̇ #qalan #1782
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər