00:00:00
Yazar
Ayan Sadi
25.11.2026 23:00 67 3 dəq oxuma
Sosial

Gənclərin sosial rifahı və ailə institutunun möhkəmləndirilməsi

Gənclərin sosial rifahı və ailə institutunun möhkəmləndirilməsi

 

 

Gənclərin hərtərəfli inkişafı, onların sosial rifahının təmin olunması və ailə institutunun möhkəmləndirilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Bu strateji xətt gənclərin cəmiyyətdə özlərinə layiqli yer tutması və gələcəkdə sağlam təməllər üzərində dayanıqlı ailələr qurması üçün mühüm zəmin yaradır.

 

 

Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, gənclər bu ölkənin, bu millətin, bu cəmiyyətin gələcəyidir. Ona görə də dövlət gənclərin hər tərəfli inkişafının təminatçısıdır. Bu təminatlar içərisində gənclərin sosial rifahı, onların təhsili, mədəni səviyyəsi, intellektual səviyyəsi yüksək yerlərdə dayanır. Çünki bütün bunlar olarsa, bir gənclik formalaşarsa, o, bizim ölkəni gələcəyə daha yaxşı formada apara bilər. Bütün bunlar bunun üçündür, yəni ölkənin gələcəyi üçündür, bu xalqın gələcəyi üçündür.

 

Sosioloqun sözlərinə görə, bu gün gənclərin ailə institutuna üstünlük verilməsi, onların dövlət siyasətinin bu sahədə istiqamətlənməsinin səbəblərindən elə biri də odur ki, bizim ailələrimizin də davamçısı gənclərdir. Dünən bizim ailələrimizdə böyüyən uşaqlar, sabah bizim ailə institutumuzun, ailə dəyərlərimizin gələcəyidir. Ona görə də bu ailə dəyərlərini yaratmaq, ailə institutunu möhkəmləndirmək, onu daha da inkişaf etdirmək üçün ailələrin, gənclərin qurduğu ailələrin təməli təməl əsaslar üzərində qurulmalıdır, möhkəm qurulmalıdır ki, onlar gələcəyə, onlar gələcəkdə bu institutun qoruyucularına çevrilə bilsinlər, ailə dəyərlərini yaşada bilsinlər.

 

 

“Dövlət bunun üçün həm gənclərə dəstək olmalıdır, həm də onlar üçün müəyyən şəraitlər yaratmalıdır. Bu gün bizim gənclərimiz, çoxsaylı gənclərimiz ailə qura bilmirlər, məsəl üçün. Nə üçün qura bilmirlər? Çünki onların mənzil şəraiti yoxdur. Mənzil şəraitinin yaxşılaşdırılması üçün yeni bir proqram hazırlanmalıdır. Düzdür, bundan əvvəl onların mənzil şəraitini yaxşılaşdırmaq üçün ipoteka krediti məsələsi var idi, bundan istifadə eləyənlər də çoxdur, lakin bundan bütün gənclər istifadə eləyə bilmirlər. İpoteka krediti ilə ev götürmək üçün, ev almaq üçün sənin əsaslı bir işin olmalıdır, dövlət işin olmalıdır ki, sən orada lazım olan sənədləri oradan ora təqdim etməklə bu krediti alıb mənzillə təmin oluna biləsən.

Yəni işləyən bir insan, dövlət qulluğunda, dövlət müəssisəsində işləyən bir insan onsuz da ipoteka krediti olmadan da hardasa ev ala bilər. Bəs bizim dövlət müəssisələrində işləməyən minlərlə gənclərimiz var, onların taleyi necə olacaqdır? Ona görə də mənzil şəraiti ilə bağlı yeni bir proqram hazırlanmalıdır, tək ipoteka kreditindən asılı olmamalıdır. Həm də ipoteka kreditində də biraz yüngülləşdirmələr, asanlaşdırmalar olmalıdır. Faizlər o qədər artıqdır ki, yüksəkdir ki, bu hər bir gənc üçün əlçatan deyil”.

 

 

O bildirib ki, biz bir xalq kimi, bir millət kimi çalışmalıyıq ki, bütün bunlara qarşı mübarizə aparaq. Biz illər, əsrlər öncə bu ailə institutunu necə formalaşdırmışıqsa, necə səviyyəli bir şəklə gətirib çıxarmışıqsa, bəzən Avropa ölkələri bizim ailə institutumuzdan nələrisə götürməyə çalışıbdır. Bizdə ailədə kişinin öz yerinin olması, qadının öz yerinin olması, uşağın öz yerinin olması bu həmişə bir Avropalı ailəsi üçün bir nümunə şəklində olubdur. Belə olduğu təqdirdə, biz həmən o institutlar tərəfindən bu dəyərlərin əlimizdən çıxmasına yol verməməliyik.

 

 

Mətanət Məmmədova hesab edir ki, gənclər bizim gələcəyimizdir, bizim bütün dəyərlərimizi, eləcə də ailə institutumuzda olan dəyərləri gələcəyə onlar daşıyacaqlar. Onun sağlam şəkildə daşınması üçün, gələcəkdə də bizim ailələrimizin nümunəvi olması üçün, o institutun akademik səviyyədə inkişafı üçün bu gün biz əlimizdən gələni etməliyik ki, yaranan, qurulan bir ailə möhkəm təməllər üzərində rişə tapsın, onların sosial problemləri azalsın. Boşanmaların sayının çoxalması elə bu sosial problemlərdən yaranır. Çox halda boşanmalar maddi durumdan yaranır. Ona görə də gənclərin bu iş, mənzil, ailə məsələlərinə bir dövlət səviyyəsində baxılmalı və yeni proqramlar qəbul olunmalıdır.

 

 

Aysun Xəlilova

#möhkəmləndirilməsi #gündəm #azərbaycan #ailə #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər