Ali Rada Ukrayna ədliyyə nazirini istefaya göndərib
Ukrayna Ali Radası ədliyyə naziri Herman Qaluşçenkonu vəzifəsindən azad edib.
"İnformtor.az" xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
H.Qaluşçenkonun vəzifəsindən azad edilməsi üçün 323 deputat səs verib. Bu vəzifənin icrası isə müvəqqəti olaraq ədliyyə nazirinin Avropa inteqrasiyası üzrə müavini Lyudmila Suqaka həvalə edilib.