00:00:00
Yazar
Admin User
04.03.2016 12:15 407 1 dəq oxuma
Sosial

Alimlər xərçəngin “Axilles dabanı”nı tapıb

Tədqiqatlar Britaniya Xərçəng araşdırmalar fondu tərəfindən maliyyələşdirilir.
Alimlər xərçəngin “Axilles dabanı”nı tapıb

Alimlər inanır ki, onlar immun sisteminin xərçəngi məhv edən “idarəsini” kəşf ediblər.

İnformator.az “BBC”ə istinadən xəbər verir ki, Londonda alimlər şişin içərisində “Axilles dabanı” adlandırdığı unikal nişanələr tapıb, hansı ki orqanizmin xəstəliyi hədəfə almasına imkan verir. Amma bu xüsusi metod çox bahalıdır və hər hansı bir xəstə üzərində sınaqdan keçirilməyib.

Eksperlər bildirib ki, ideya çox yaxşıdır, amma reallaşdırmaq mürəkkəbdir. Tədqiqatlar Britaniya Xərçəng araşdırmalar fondu tərəfindən maliyyələşdirilir. Alimlər düşünür ki, onların kəşfi xərçəngin müalicəsinin əsas sütununu təşkil edir və iki ilə xəstələrin üzərində sınaqdan keçirilə bilər.

DNT-nin analizi ilə onlar individual müalicənin inkişaf etdiriləcəyinə inanır.

Bundan öncə də immun sisteminin xərçəng şişinə yönləndirməyə çalışılmışdı, amma uğursuz olmuşdu. Digər bir izah ondan ibarətdir ki, bədənin öz müdafiə hazırlığı yalnış hədəfdən sonra gəlir. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər