Alimlər yeni planetlərin meydana gəlməsini modelləşdiriblər
Alimlər ulduzların ətrafında yaranan yeni planetlərin yastı formalarının yastı konfetlərə bənzədiyini bildirdilər.
İngiltərənin Mərkəzi Lankaşir Universitetinin (UCLan) tədqiqatçıları yeni doğulmuş planetlərin formalaşmasını modelləşdirmək üçün ilk dəfə kompüter simulyasiyalarından istifadə ediblər.
Alimlər astrofizikada "disk qeyri-sabitlik modeli" kimi tanınan konsepsiyadan yararlanıblar.
Modelə görə, orbitdə fırlanan gənc ulduzların sıx qaz və tozdan ibarət böyük fırlanan diskləri parçalandıqda planetlər sürətlə əmələ gəlir.
Beləliklə, məlum olur ki, indiyə qədər ümumiyyətlə sferik hesab edilən planetlər yastı konfetlərə bənzər formadadırlar.
Mərkəzi Lankaşir Universitetindən Dr. Dimitris Stamatellos bu gənc planetlərin formasının yastı sferoid olduğunu söyləyərək, "Biz uzun müddətdir ki, planetlərin əmələ gəlməsi üzərində işləyirik, lakin daha əvvəl simulyasiyalarda planetlərin formasına nəzarət etməyi heç düşünmədik" dedi.
Stamatellos, "Onların (planetlərin) Smartiesə çox bənzəyən düz kürələr olduğu ortaya çıxanda çox təəccübləndik" dedi.
Yupiterin düzlüyünün yüzdə 6, Saturnun yüzdə 10, Yerin isə yüzdə 0,3 olduğunu ifadə edən Stamatellos, gənc planetlərin yüzdə 90 civarında daha düz olduğunu bildirib.
Araşdırma "Astronomy & Astrophysics Letters" jurnalında dərc olunub.
Aynur Babayeva
