00:00:00
Yazar
Admin User
09.09.2025 09:39 91 2 dəq oxuma
Dünya

Almaniya ABŞ-dən 300 ədəd "Patriot" raketi almaq niyyətindədir

Almaniya ABŞ-dən 300 ədəd "Patriot" raketi almaq niyyətindədir

Bundesver ölkənin müdafiə qabiliyyətini gücləndirmək və ehtiyatları artırmaq məqsədilə ABŞ-dən əlavə 300 ədəd “Patriot” zenit raketi alacaq.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Avropada Rusiyaya qarşı sürətli silahlanma kampaniyası aparılır:

 

 

"Hazırda Avropada Rusiyaya qarşı sürətli silahlanma kampaniyası aparılır. Artıq Avropanın güclü şəkildə silahlandırılması strategiyası qəbul edilib. Bu strategiya Avropanın aparıcı ölkələri ilə Amerika arasında müzakirə olunub və yaxın bir neçə il ərzində Avropanın silahlandırılması məqsədilə ABŞ-dən 850 milyard dollarlıq silah alışı ilə bağlı razılaşma mövcuddur. Bundan əlavə, belə bir razılaşma da var ki, Ukraynanın silah və texnika ilə təmin olunması Avropa və NATO-nun maliyyə vəsaiti hesabına, amma Amerikanın silahları ilə həyata keçirilsin. Beləliklə, Avropanın sürətlə müharibəyə hazırlaşma prosesi eyni zamanda silahlanma ilə müşayiət olunur və ABŞ da bu prosesin bir hissəsidir. Avropa ölkələri Rusiyaya qarşı silahlanma siyasətini Amerika ilə birlikdə koordinasiya edirlər. Hər iki tərəf gələcək müharibəyə hazırlaşır. Artıq Polşa, Almaniya, Fransa, Böyük Britaniya və Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiyayla müharibənin qaçılmaz olduğu barədə açıq fikirlər səsləndiriblər. Belə şəraitdə Almaniyanın yenidən ən yüksək texnologiyalara malik hərbi texnika almasına başlaması təsadüfi deyil. Bu, NATO-ya qarşı yönəlmiş və ya NATO daxilində rəqabət xarakterli addım deyil".

 

 

Həmçinin müsahib qeyd edib ki, o demək deyil ki, Almaniya "Patriot" raketlərini NATO daxilində öz mövqeyini gücləndirmək məqsədilə alır:

 

 

"Bunu belə başa düşmək səhv olar. Əksinə, bütün NATO ölkələri, Almaniya, Fransa, Polşa, İsveç, Baltikyanı ölkələr birlikdə Rusiyanın mümkün təcavüzünə qarşı ciddi hazırlıq görürlər. Aydındır ki, bu hərbi hazırlıqlar, o cümlədən Amerikadan alınan hava hücumundan müdafiə sistemləri, həm Avropa dövlətlərinin, həm də Amerikanın təhlükəsizlik təminatlarını daha da gücləndirməyə xidmət edir. Eyni zamanda istisna deyil ki, bu ölkələr bu silahların ən müasir modellərini Ukraynaya vermək niyyətindədirlər. Artıq Hollandiya, Polşa və digər ölkələr hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi ilə bağlı qərar qəbul ediblər. Buna görə də Almaniyanın sifariş verdiyi 300 ədəd "Patriot" zenit-raket kompleksinin müəyyən hissəsinin Ukraynaya ötürülməsi istisna deyil. Zərurət yaranacağı təqdirdə, Avropa dövlətləri öz arsenallarında olan hərbi texnikanı problem etmədən Ukraynaya verə bilərlər. Çünki anlayırlar və açıq şəkildə bildirirlər ki, bu məsələdə Avropanın bəzi dövlətlərinin gələcəyi həll olunur. Bu baxımdan, Amerikadan alınan raketlər həm Avropanın hərbi gücünün artırılmasına, həm də Ukraynanın təhlükəsizliyinin daha ciddi şəkildə təmin olunmasına xidmət edir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər