00:00:00
Yazar
Admin User
08.08.2025 10:57 86 1 dəq oxuma
Dünya

Almaniya İsrailə silah ixracını dayandırıb

Almaniya İsrailə silah ixracını dayandırıb

Almaniya İsrailə Qəzzada istifadə edilə biləcək hərbi texnika və silahların ixracı üçün icazələrin verilməsini müvəqqəti dayandırıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.

 

Almaniya kansleri deyib ki, İsrail hökumətinin Qəzzada hərbi əməliyyatları sərtləşdirmək qərarı səbəbindən girovların azad olunması, atəşkəs və HƏMAS-ın silahsızlandırılması kimi məqsədlərin necə reallaşacağı aydın deyil.

 

"Buna görə də Almaniya hökuməti hazırda Qəzza zolağında istifadə oluna biləcək hərbi məhsulların ixracına icazə vermir", - o qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər