Almaniya kansleri Merts Zelenskidən ukraynalıların ölkəni tərk etməməsini xahiş edib
Almaniya kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenskidən ölkə vətəndaşlarının, xüsusilə gənclərin, Almaniyaya köçmək əvəzinə öz ölkələrində xidmət göstərməsini təmin etməsini xahiş edib. Bu barədə Welt nəşri məlumat yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,məsələ bundadır ki, bu addım əsasən Avropa üçün nəzərdə tutulub:
"Məqsəd isə miqrasiya axınının qarşısını almaqdır. Əlbəttə ki, bu yolla ölkələrə daxil olan axınların qarşısını almağa çalışırlar. Çünki miqrasiya axını nəticədə işsizlik, sosial problemlər və gərginlik yarada bilər. Məsələn Almaniya bu məsələdən narahatdır və açıq şəkildə deyə bilərik ki, narahat olmaqda da haqlıdır. Niyə Almaniya Ukrayna vətəndaşına maliyyə dəstəyi versin, yardım etsin? Bu məsələyə bir çox insan fərqli yanaşa bilər, mən də tam olaraq necə xarakterizə edəcəyimi bilmirəm. Yəni ümumilikdə məqsəd miqrasiya və sosial problemlərin qarşısını almaqdır. Ukrayna tərəfi də deyə bilər ki, əgər Avropa bu axının qarşısını almaq istəyirsə, onda bizə dəstək versin ki, biz müharibəni bitirə bilək".
Aişə Mustafayeva