00:00:00
Yazar
Admin User
30.10.2025 18:16 128 1 dəq oxuma
Dünya

Almaniya Kansleri Merz Türkiyədə rəsmi səfərdədir

Almaniya Kansleri Merz Türkiyədə rəsmi səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya Federativ Respublikasının Kansleri Friedrich Merzi rəsmi mərasimlə qarşılayıb. Qarşılanma mərasimi Prezident Sarayında keçirilib.

 

Prezident Ərdoğan və kansler Merz Prezident Sarayının əsas girişində qarşılanıb. Tərəflər mərasim meydanında yerlərini aldıqdan sonra iki ölkənin dövlət himnləri səsləndirilib və 21 dəfə top atəşi açılıb. Merz, Mühafizə Alayı Təşrif Heyətini "Salam əsgər" sözləri ilə salamlayıb.

 

Mərasimdə tarix boyunca qurulmuş 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də yer alıb. Daha sonra Prezident Ərdoğan və Kansler Merz nümayəndə heyətlərini bir-birinə təqdim ediblər və saray pilləkənləri önündə Türkiyə və Almaniya bayraqları fonunda jurnalistlərə birlikdə poz veriblər. Daha sonra liderlər təkbətək görüş keçiriblər. Görüşdən sonra hər iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar aparılacaq və danışıqların sonunda ortaq mətbuat konfransı təşkil olunacaq.

 

TRT Haber 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər