Almaniya NATO-nun Ukraynaya Dəstək Proqramına yardım edəcək
Almaniya digər müttəfiqləri ilə NATO-nun “Ukrayna üçün prioritet ehtiyaclar siyahısı” (PURL) çərçivəsində 500 milyon dollarlıq hərbi yardım paketini maliyyələşdirməyə hazır olduğunu açıqlayıb.Almaniya Müdafiə Nazirliyi PURL proqramı ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda Almaniyanın digər müttəfiqləri ilə birlikdə ümumi dəyəri 500 milyon dollar olan PURL proqramı çərçivəsində ilk hərtərəfli hərbi yardım paketlərindən birini maliyyələşdirməyə hazır olduğu bildirilib.
Bəyanatda ABŞ-yə Ukraynaya silah və sursat verməyə davam etmək istəyinə görə təşəkkür edilib və Almaniyanın bu təşəbbüsdə iştirak qərarının Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə gücləndirdiyi vurğulanıb. Bəyanatda qeyd olunub ki, hökumət NATO və müttəfiqləri ilə təfərrüatlarla bağlı yaxından məsləhətləşir.
TRT Haber
Xədicə Məhərrəmli