00:00:00
Yazar
Admin User
04.07.2025 09:28 129 1 dəq oxuma
Dünya

Almaniya ordusu ehtiyat qüvvələrinin sayını iki dəfə artırmağı planlaşdırır

Almaniya ordusu ehtiyat qüvvələrinin sayını iki dəfə artırmağı planlaşdırır

Almaniya hakimiyyəti altı aylıq könüllü hərbi xidmət tətbiq etməklə ehtiyatda olan hərbi qüvvələrinin sayını iki dəfə artıraraq 200 minə çatdırmaq niyyətindədir.


"İnformator.az" xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

 

Plana əsasən, yeni çağırışçılar altı ay müddətində mühafizə xidməti kimi sadə tapşırıqları yerinə yetirmək üçün təlim keçəcəklər. Bu yolla Almaniya hazırkı 100 000 ehtiyat hərbi qulluqçuların sayını iki dəfə artırmağa ümid edir.

 

Almaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

 

Almaniya müdafiə naziri Boris Pistorius bundan əvvəl bəyan etmişdi ki, müdafiə qabiliyyətini artırmaq üçün Bundesverin (Silahlı Qüvvələr) sayı 50-60 min hərbçi artırılmalıdır. Nazir qeyd etmişdi ki, bu, hələlik xidmət könüllü olacaq.

 

Hazırda Bundesver qoşunlarının sayı təxminən 183 min nəfərdir


Almaniyada 2011-ci ilin iyulunda məcburi hərbi çağırış ləğv edilib, bundan sonra peşəkar orduya keçid baş tutub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər