00:00:00
Yazar
Admin User
28.09.2025 06:28 87 1 dəq oxuma
Dünya

Almaniya ordusu ən böyük hərbi təlimini keçirib

Almaniya ordusu ən böyük hərbi təlimini keçirib

Bundesver "soyuq müharibə"dən bəri Hamburqda NATO-nun ən böyük "Red Storm Bravo" təlimini başa çatdırıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə NDR teleradio şirkəti məlumat yayıb.

 

Həmçinin bildirilib ki, sentyabrın 25-dən 27-dək baş tutan təlimdə NATO qüvvələrinin alyansın şərq cinahına Baltikyanı ölkələrdə yerləşdirilməsi praktikası nəzərdə tutulub.

 

"Bundesver üç gün ərzində Hamburqda NATO-nun "Red Storm Bravo" təlimi keçirib. Şənbə günü axşam "soyuq müharibə"dən bəri ən böyük müdafiə manevri başa çatıb", - məlumatda deyilir.

 

Almaniya hökumətinin sözçüsü Ştefan Konelius ölkəsinin Polşa hava məkanına pilotsuz təyyarələrin müdaxiləsindən sonra NATO-nun şərq sərhədlərində hərbi varlığını gücləndirəcəyini açıqlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər