Almaniya qoşunlarını Ukraynaya göndərmək məsələsini gündəmdən çıxarıb
Almaniya hökuməti atəşkəs əldə edildiyi təqdirdə sülhün qorunmasına nəzarət üçün Bundestaq əsgərlərinin Ukraynaya göndərilməsi məsələsini gündəmdən çıxarıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Bild" qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr qeyd edib ki, “alman əsgərlərinin atəşkəsə nəzarət üçün göndərilməsi məsələsi “qeyri-müəyyən müddətə” gündəmdən çıxarılıb”. Onların sözlərinə görə, bu mövzu üzrə müzakirələr yalnız ABŞ Prezidenti Donald Trampın hər hansı bir addım atacağı və ya münaqişənin həqiqətən bitəcəyi təqdirdə davam etdirilə bilər.
Lakin Almaniya hökuməti hələlik bu iki halın heç birinin əlamətlərinin olmadığını bildirib.
“Bild” qəzeti yazır ki, Rusiya və Ukrayna arasında razılaşma əldə olunsa belə, Almaniya hökuməti Kiyevə ilk növbədə pulla kömək etməyə hazırdır. Berlin Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyi göstərməyə diqqət yetirir. Xüsusilə, Almaniya rəsmiləri Ukrayna əsgərlərinin əmək haqlarının ödənilməsini öz üzərinə götürməyə hazırdır. Hazırda onlar döyüş əməliyyatlarında iştirak üçün əlavə ödənişlər alırlar. Kiyevdə atəşkəs əldə olunacağı və bu əlavə ödənişlərin kəsiləcəyi təqdirdə, bir çox Ukrayna hərbçisinin ordudan ayrılmaq qərarı verəcəyindən və Ukrayna Silahlı Qüvvələrinin sayının qaçılmaz olaraq azalacağından ehtiyat edirlər.
Bundan əlavə, təhlükəsizlik təminatları çərçivəsində Almaniya hakimiyyəti ukraynalı əsgərlərə təkim keçməkdə davam etməyə, həmçinin alman müdafiə şirkətlərinin iştirakı ilə Ukraynada silah istehsalını artırmağa hazırdır.