Almaniya, Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb
Almaniya, Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) NATO müttəfiqi olan Polşanın hava məkanını pozması səbəbilə Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi Xarici İşlər Nazirliyinə çağırıb.
Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, çərşənbə günü Rus PUA-larının Polşanın hava məkanını pozduğu səbəbilə Rusiya səfiri Sergey Neçayev nazirliyə dəvət olunub.
ABŞ mərkəzli X şirkətinin sosial media platformasında Xarici İşlər Nazirliyinin yayımlanan paylaşımda isə belə deyilir: "(Rusiya Prezidenti Vladimir) Putinin NATO hava məkanında Rusiya PUA-larından istifadə etməsi təhlükəli və qəbuledilməzdir. Buna görə də, Rusiya səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. NATO, ittifaq ərazilərini və təhlükəsizliyini qorumaq üçün birliyini qoruyur."
TRT Haber
Nuranə Mərdiyeva