Almaniya XİN rəhbəri Johann Wadephul İsrailin işğal planlarına qarşı çıxıb
Wadephul, Hindistana səfəri öncəsi hava limanında verdiyi açıqlamada bildirib:
"Almaniya olaraq Fələstin xalqının sürgün edilməsi və ya mülksüzləşdirilməsi mənasına gələcək hər hansı fikri rədd edirik."
Alman nazir qeyd edib ki, Qəzza İsrail və Fələstin arasında iki dövlətli həll çərçivəsində gələcəkdə Fələstin dövlətinin bir hissəsi ola bilməlidir.
Bunun Qərb Sahili üçün də keçərli olduğunu vurğulayan Wadephul bildirib:
"Almaniya, İsrailin beynəlxalq hüquqa zidd ilhaqlara yönəlmiş bütün fikirlərini rədd edir. İki dövlətli həll, İsrail ilə sülh içində yanaşı mövcud olan müstəqil Fələstin dövləti deməkdir."
Wadephul əlavə edib ki, Qəzzadakı vəziyyət hələ də böyük gərginlik mənbəyi olmaqla yanaşı dramatikdir.
Şehrin Musayeva