Almaniyada dəhşətli hadisə
Almaniyanın paytaxtı Berlində bir nəfərin avtomobili ilə, aralarında 7-8 yaşlı məktəblilərin də olduğu 15 nəfərlik qrupun arasına girməsi nəticəsində 1-i ağır olmaqla 4 nəfər yaralanıb.
Hadisə günorta saatlarında Wedding səmtindəki See küçəsində baş verib. Şahidlərin sözlərinə görə, avtomobil 15 nəfərlik qrupun üstünə sürülüb. İlkin məlumata görə, ən azı 3 şagird yüngül, onların müəllimi isə ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis, sürücünü hadisə yerində saxlayaraq ifadəsini alıb və onun qəsdənmi, yoxsa qəza nəticəsində belə bir hadisəyə səbəb olduğunu müəyyənləşdirmək üçün araşdırma başladıb.
Haber Global
Nuray Əliyeva