00:00:00
Yazar
Admin User
19.01.2024 15:54 339 1 dəq oxuma
Dünya

Almaniyada ikili vətəndaşlığla bağlı qanun layihəsi

Almaniyada ikili vətəndaşlığla bağlı qanun layihəsi

Almaniyanın Federal Məclisi vətəndaşlığa keçidi asanlaşdıran və ikili vətəndaşlığa yol açan qanunu təsdiqləyib.

 

Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) yaratdığı koalisiya hökumətinin hazırladığı "Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi" adlı qanun layihəsinin lehinə 382 səs verilib. Layihəyə 234 “xeyr” səsi verilsə də, 23 deputat bitərəf qalıb. Federal Məclisdə qanun layihəsi ilə bağlı danışan İnteqrasiya üzrə Dövlət Naziri Reem Alabali-Radovan ifrat sağçılara qarşı qətiyyətli mövqe istəyib və “Bizim güclü konstitusiyamız, güclü institutlarımız və güclü vətəndaş cəmiyyətimiz var, lakin heç bir zəmanət yoxdur. Hər şeyi qətiyyətlə müdafiə etmək lazımdır” dedi.  

 

Yaşıllar Partiyasının millət vəkili Canan Bayram, ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) immiqrantları deportasiya etmək planları hazırladığı bir vaxtda bu qanun layihəsinin təsdiqlənməsinin çox vacib olduğunu vurğulayaraq, “Biz azad və bərabər şəkildə bir yerdə dayanan bir cəmiyyəti müdafiə edir. Ölkəmizdəki müxtəlifliyə haqq qazandırırıq və indiyə qədər bir çox insanın vətəndaşlığa keçməsinə mane olan bir maneəni yıxırıq" dedi.

 

Mənbə: Habertürk

Tərcümə etdi: Aytac Kərimova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər