00:00:00
Yazar
Admin User
09.07.2023 22:45 268 1 dəq oxuma
Dünya

Almaniyada məişət zorakılığı halları artıb

Almaniyada məişət zorakılığı halları artıb

Almaniyada ötən il məişət zorakılığı halları əvvəlki illə müqayisədə artıb.

Almaniya mətbuatında yer alan xəbərlərdə 2022-ci ildə ölkədə 157 min 550 məişət zorakılığı hadisəsinin qeydə alındığı yazılıb. Bu, gündə 432 hadisə deməkdir.

 

Xəbərdə 2021-ci ildə təxminən 144 min məişət zorakılığı hadisəsi olduğu və ötən il artımın bir əvvəlki ilə nisbətən təxminən yüzdə 9,5 olduğu ifadə edilib. Zorakılığa məruz qalanların 80 faizinin qadınlar olduğu bildirilib.

 

Almaniya daxili işlər naziri Nensi Fizerin yerli qəzetlərdən birinə verdiyi açıqlamada məişət zorakılığı hallarına sərt yanaşmaya çağıraraq, "Şiddət göstərənlərdən daima nəzarətdə olmalıdırlar. İlk hücumdan sonra onlar evdən qovulmalıdırlar" deyib.

 

Fizer ailə naziri Lisa Paus və Federal Kriminal Polis İdarəsinin rəhbəri Holqer Münx ilə birlikdə çərşənbə axşamı Berlində məişət zorakılığı ilə bağlı hesabatı ictimaiyyətə açıqlayacaq.

 

Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər