00:00:00
Yazar
Admin User
03.11.2025 04:57 100 1 dəq oxuma
Dünya

Almaniyada naməlum dron hava limanının fəaliyyətini iflic edib

Almaniyada naməlum dron hava limanının fəaliyyətini iflic edib

Almaniyanın Bremen şəhərində dron hava limanının fəaliyyətini pozub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə DPA agentliyi polisin nümayəndəsinə istinadən xəbər verib.

 

Məlumata görə, dron dünən yerli vaxtla təxminən saat 19:30-da (Bakı vaxtı ilə saat 22:30) müşahidə edilib. Onun peyda olmasına görə hava limanındakı bütün təyyarələrin hərəkəti dayandırılıb, dronun operatoru müəyyən edilməyib.

 

Hadisə səbəbindən Londondan Bremenə uçuş Hamburqa yönləndirilib, geri dönüş uçuşu isə təxirə salınıb.

 

Hava nəqliyyatı təxminən bir saat sonra bərpa olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər