00:00:00
Yazar
Admin User
29.10.2025 13:49 137 2 dəq oxuma
Dünya

Almaniyada qadınların yarıdan çoxu ictimai yerlərdə özlərini təhlükəsiz hiss etmirlər

Almaniyada qadınların yarıdan çoxu ictimai yerlərdə özlərini təhlükəsiz hiss etmirlər

Bu, Civey sosiologiya institutu tərəfindən Funke media qrupu üçün aparılan ictimai rəy sorğusunun nəticələrində öz əksini tapıb. Sorğuya görə, qadınların 55%-i sadalanan ictimai məkanların heç birində özlərini təhlükəsiz hiss etmədiklərini bildiriblər ki, bunlara küçələr, ictimai nəqliyyat və parklar daxildir. Onların fikrincə, klublar və qatar stansiyaları ən təhlükəli yer hesab olunur. Sorğuda iştirak edən qadınların yalnız 14%-i orada özlərini təhlükəsiz hiss etdiklərini bildirib. Sorğu 23-27 oktyabr tarixləri arasında aparılıb. Sorğuda 5000 nəfər iştirak edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Xəqani Cəfərli bildirib ki, Almaniyada qadınların yarıdan çoxu ictimai yerlərdə özlərini təhlükəsiz hiss etməməsi bütün dünyada gedən prosesin, təhlükəsizlik məsələlərinin önə çıxmasının nəticəsidir:

 

"Oxşar vəziyyət son zamanlara kimi “sabitlik adası” hesab olunan Avropada son 80 ilin ən yüksək səviyyəsinə çatıb. Belə bir vəziyyət ultra sağçı qüvvələrin, xüsusilə populist qüvvələrin önə çxmasına səbəb olur. Almaniya da istisna deyil. Almaniyada ultra sağçı Almaniya üçün Alternativ-in sürətlə populyarlaşmaısna səbəb olur. Avropadakı bütün ultra sağ qüvvələr kimi Almaniya üçün Alternativ-in əsas şüarı daxili təhlükəsizlikdir. Bu isə miqrantlar problemi ilə bağlıdır. Suriya və digər ərəb ölkələrindən Avropaya mühacirət edən milyonlar bütün cəmiyyətlərdə narahatlığa, qorxuya səbəb olub. Ərəblər başqa toplumlara ən zəif intiqrasiya olunan toplum olduğu üçün getdikləri ölkədə cəmiyyətin bir hissəsinə çevrilə bilmirlər. 

 

Qadınların özlərini təhlükəsiz hiss etməməsinin nəticəsi ultra sağçı qüvvələrin hakimiyyətə gəlişinin yolunu açacaq. Almaniya da istisna deyil. Ultra sağ qüvvələrin hakimiyyətə gəlişinin ən böyük zərəri isə müsəlmanlara dəyəcək".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər