00:00:00
Yazar
Admin User
23.07.2025 17:26 111 1 dəq oxuma
Dünya

Almaniyada radikal islamçılar etirazlara çıxıb

Almaniyada radikal islamçılar etirazlara çıxıb

Berlin və Düsseldorfda keçirilən etiraz aksiyalarında yüzlərlə şəxs Suriya rejimini dəstəkləyib, zorakılığı tərifləyib və kürdlərlə toqquşub.

 

Berlində Suriyanın yeni lideri Əhməd əl-Şaraa-ya (əvvəllər Məhəmməd əl-Colani) dəstək nümayiş olunub, druz və digər azlıqlara qarşı təhdidlər səsləndirilib. Düsseldorfda isə etirazçılar druzlara qarşı zorakılığı alqışlayan plakatlar və simvollar nümayiş etdirib, nəticədə polis və etirazçılar arasında qarşıdurma yaşanıb, beş polis yaralanıb.

 

İbn Rüşd Göte Məscidinin liberal qadın imamı Seyran Ateş xəbərdarlıq edərək bildirib ki, bu şəxslər Avropaya radikal ideologiyalar yaymaq və sabitliyi pozmaq üçün göndərilib. O, Almaniyanın bu kimi baxışlara qarşı daha sərt davranmalı olduğunu vurğulayıb.

 

İslam üzrə antropoloq Zuzanne Şröter və Kürd Cəmiyyəti nümayəndəsi Mehmet Tanrıverdi də bu cür radikal şəxslərin deportasiya edilməsini tələb edib. CDU-dan olan siyasətçi Kristofer Förster isə bu şəxslərin Almaniyada qalmalarının təhlükəli olduğunu bildirib.

 

Euronews
Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər