00:00:00
Yazar
Admin User
27.07.2025 19:14 134 1 dəq oxuma
Dünya

Almaniyada sərnişin qatarı relsdən çıxıb:

Almaniyada sərnişin qatarı relsdən çıxıb:

Almaniyanın Baden-Vürttemberq əyalətində ağır dəmir yolu qəzası baş verib.


"İnformator.az" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

 

Məlumata görə, qəza nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxaraq aşıb.

 

“Alman Dəmir Yolları” (Deutsche Bahn) şirkətinə məxsus qatarda 100-dək sərnişinin olduğu bildirilir.

 

Bir neçə nəfər həlak olub, xeyli sərnişinin xəsarət alması barədə məlumat yayılıb.

 

Hadisə yerində polis, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub, genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirilir.


Qəzanın baş vermə səbəbləri araşdırılır. Hadisədən əvvəl bölgədə güclü qasırğa baş verib. Buna görə də qəzaya qasırğanın və ya relsə aşan ağacların səbəb ola biləcəyi ehtimalı araşdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər