00:00:00
Yazar
Admin User
16.06.2025 09:56 120 1 dəq oxuma
Dünya

Almaniyadan Hindistana gedən təyyarəyə bomba xəbərdarlığı

Almaniyadan Hindistana gedən təyyarəyə bomba xəbərdarlığı

Polisin verdiyi açıqlamaya görə, bazar günü Frankfurt şəhərindən havaya qalxaraq Hindistanın Haydarabad şəhərinə istiqamətlənən Boeing 787-9 Dreamliner tipli təyyarə bomba xəbərdarlığı səbəbilə Frankfurt Hava Limanına geri dönərək yerli saatla 18:30-da problemsiz eniş edib.

 

Alman mətbuatında yer alan xəbərlərə əsasən, sərnişinlərin gecəni hava limanında keçirdiyi və bu gün Hindistana yeni bir uçuşun planlaşdırıldığı qeyd olunub.

 

Təxminən 200 sərnişinin vizasız olaraq tranzit bölgədə qalması səbəbilə hava limanının tranzit sahəsində kamp çarpayıları qurulub və sərnişinlərə yemək və içki təmin edilib.

 

Hindistan mətbuatında yer alan xəbərlərdə isə Lufthansa Hava Yollarına məxsus təyyarənin təxminən 2 saat havada qaldığı və bomba xəbərdarlığı səbəbilə Bolqarıstan hava məkanından geri döndüyü bildirilib.

 

Flightradar24 məlumatlarına əsaslanan xəbərlərdə təyyarənin Qara dəniz sahilinə yaxın bir yerdə U dönüşü etdiyi və Frankfurta geri qayıtdığı qeyd olunub.


TRT Haber
Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər