00:00:00
Yazar
Admin User
31.03.2025 07:52 165 1 dəq oxuma
Dünya

Almaniyadan Trampa mesaj

Almaniyadan Trampa mesaj

Almaniya Kansleri Olaf Şolts bildirib ki, Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın əlavə gömrük tarifləri qarşısında “zəif” deyil və Vaşinqtona “vahid bir bədən” kimi cavab verməyə hazırdır.

 

Dünyanın aparıcı sənaye sərgilərindən biri olan Hannover Messe Sərgisinin (Hannover Sənaye Sərgisi) rəsmi açılışını edən Almaniya Kansleri Olaf Şolts, Kanadaya əlavə gömrük rüsumları tətbiq edən və dəfələrlə bu ölkənin ABŞ-ın 51-ci ştatı olması gərəkdiyini söyləyən Trampa qarşı Almaniyanın Kanada ilə həmrəylik içində olduğunu bildirib. Yaxın zamanda vəzifəsini təhvil verməsi gözlənilən Olaf Şolts, “Kanada başqasına məxsus bir dövlət deyil. Kanada qürurlu, müstəqil bir millətdir. Kanadanın dünyanın hər yerində dostları var. Xüsusilə Almaniyada və Avropada bir çox dostu var. Biz sizin yanınızdayıq”,– deyə çıxış edib. Avropa İttifaqının (Aİ) ABŞ-nin gömrük tarifləri qarşısında “zəif” olmadığını və Vaşinqtona cavab verməyə hazır olduğunu bildirib.

 

Mənbə:TRT
Ətirə İbayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər