Almaniyanın Münhen hava limanı dronlar səbəbindən bağlanıb
Almaniyanın Münhen hava limanı dronların görünməsi səbəbindən Avropada bağlanan son hava nəqliyyatı mərkəzi olaraq, gecə saatlarında təxminən yeddi saatlıq fəaliyyətini dayandırmağa məcbur qalıb.
Hava limanının açıqlamasına görə, cümə axşamı yerli vaxtla saat 22:00-dan sonra ümumilikdə 17 reys təxirə salınıb və bu da təxminən 3 min sərnişinə təsir edib. Bundan əlavə, 15 eniş reysi Almaniyanın Ştutqart, Nürnberq və Frankfurt şəhərlərinə, həmçinin qonşu Avstriyanın paytaxtı Vyanaya yönləndirilib. Flightradar uçuş izləmə saytının məlumatına görə, bir neçə təyyarə yerli vaxtla saat 23:00 radələrində Münhen üzərində dövrə vurduqdan sonra başqa istiqamətlərə yönəlib.
Hava limanı yerli vaxtla saat 05:00-da yenidən açılıb və uçuşların təhlükəsiz hesab edildiyi bildirilib. Sərnişinlərin müraciətlərini cavablandıran hava limanı əməkdaşı CNN-ə açıqlamasında deyib:
“Artıq hər şey bərpa olunub. Bəzi uçuşlar ləğv edilsə də, hava limanı yenidən açılıb. Səhər saat 05:00-dan etibarən bütün gəliş və gedişlər təhlükəsizdir".
CNN News
Fatimə Heydərova