00:00:00
Yazar
Admin User
17.06.2025 12:47 154 2 dəq oxuma
Dünya

Altundan İsrailə reaksiya: Dəlilik halının son təzahürü

Altundan İsrailə reaksiya: Dəlilik halının son təzahürü

Kommunikasiya direktoru Fahrettin Altun, Hayfa şəhərindən canlı yayımda olan TRT ərəb müxbiri Fehmi Shtewe və komandasının İsrail polisi tərəfindən yayımını kəsməsinə və avadanlığının müsadirə edilməsinə “Bu, çılğınlığın son təzahürüdür” sözləri ilə reaksiya verib.

 

Kommunikasiya direktoru Fahrettin Altun sosial media hesabından Hayfa şəhərindən canlı yayımda olan TRT ərəb müxbiri Fehmi Shtewe və komandasının İsrail polisi tərəfindən yayımının kəsilməsi və avadanlıqlarının müsadirə edilməsi ilə bağlı açıqlama verib.

 

“İsrail qanunsuz hərəkətlərini davam etdirir

 

Altun reaksiyasını bu sözlərlə ifadə edib:

 

“İsrail administrasiyası təəssüf ki, törətdiyi qətliamlar, törətdiyi qan və göz yaşları, regionda sabitliyi pozmaq strategiyası və dünya sülhü üçün yaratdığı təhlükə barədə bütün bəşəriyyətə fəryad edən media mənsublarına və jurnalistlərə qarşı qanunsuz hərəkətlərini davam etdirir.

 

Ötən saatlarda Hayfa şəhərindən canlı yayımda olan TRT ərəb müxbiri Fehmi Shtewe və komandasının yayımının kəsilməsi, onların avadanlıqlarının İsrail polisi tərəfindən müsadirə edilməsi bu çılğınlığın son təzahürləridir. İsrail polisi qanunsuz olaraq Fehminin yayımlandığı yerə gələrək Misir televiziyası Alghad TV və TRT ərəb komandasına qarşı zorakılıq tətbiq edib və yeganə vəzifəsi xəbəri çatdırmaq olan jurnalistlərin avadanlıqlarını qanunsuz olaraq müsadirə edib. Biz mətbuat azadlığına və məlumat almaq azadlığına edilən bu alçaq hücumu qətiyyətlə pisləyirik”.

 

Biz bu iyrənc hərəkəti pisləyirik”

 

Baş verənləri qınayan Altun açıqlamasına belə davam edib:

 

"Biz bunu dünya ictimai rəyinin ixtiyarına buraxırıq ki, günahkar İsrail olduğu halda heç bir norma və dəyərə önəm verməyən, bütün bunlara məhəl qoymayan Qərb və onun "demokratik" təsisatları bu və buna bənzər pozuntulara səssiz qalırlar. Biz bu vəhşi hərəkəti bir daha pisləyirik. Biz ifadə azadlığını, məlumat azadlığını və media mənsublarının hüquqlarını hər zaman izləməyə və dəstəkləməyə davam edəcəyik".

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər