00:00:00
Yazar
Admin User
30.10.2025 18:52 122 1 dəq oxuma
Dünya

Alyaskada güclü zəlzələ olub

Alyaskada güclü zəlzələ olub

ABŞ-nin Alyaska ştatının sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

 

"İnformator.az"xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanların episentri təxminən 291 min nəfərin yaşadığı Ankoric şəhərindən 177 km şimalda yerləşib. Ocaq 23 km dərinlikdə olub.

 

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər